Nobel mükafatı laureatı: “İnsanlıq növbəti epidemiyadan sağ çıxmaya bilər”

19-11-2020, 17:51           
Nobel mükafatı laureatı: “İnsanlıq növbəti epidemiyadan sağ çıxmaya bilər”
Nobel mükafatı laureatı, Polşanın sabiq prezidenti Lex Valensa bildirib ki, hazırda dünyanı cənginə alan koronavirus pandemiyası bir xəbərdarlıqdır ki, insanlıq növbəti epidemiyadan sağ çıxmaya bilər.

L.Valensa bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında söyləyib.

“Həyat bizi hazırlıqsız yaxaladı. Biz hazır deyilik, improvizasiya edirik, işimizi dayandırırıq. Bunu bir müddət etmək olar, amma mən masaya oturub sonrakı xəstəliklərin daha da şiddətli olacağını xatırlamağı təklif edirəm.

Buna görə bizi gözləyən çətinliklərə sürətlə hazırlaşmalıyıq. COVID-19-u isə məşq kimi qiymətləndirmək lazımdır”, - deyə Nobel mükafatı laureatı vurğulayıb.

Qeyd edək ki, ümumilikdə, dünyada 56 583 054 nəfərdə koronavirus aşkar edilib.

Virusdan 1 355 147 xəstə ölüb, 39 370 986 nəfər sağalıb.
/korrespondent.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru