Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb

19-11-2020, 20:16           
Azərbaycanın Moldovadakı səfiri Prezident İlham Əliyevin məktubunu Mayya Sanduya çatdırıb
Teref.az - Azərbaycanlı diplomat Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Maya Sanduya ünvanladığı təbrik məktubunu çatdırıb, bir dəstə çiçək təqdim edib və Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Daha əvvəl xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri Mayya Sandunu Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. "İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyə Azərbaycan Prezidentinin saytında dərc edilmiş İ.Əliyevin məktubunda deyilir. İlham Əliyev həmkarı M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və “dost Moldova xalqının rifahı naminə” işlərində uğurlar arzulayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru