Almaniya hökuməti əhalinin ümumi vaksinasiya planını təqdim edib

20-11-2020, 00:10           
Almaniya hökuməti əhalinin ümumi vaksinasiya planını təqdim edib
Almaniyanın Federal Səhiyyə Nazirliyi bu gün əhalinin vaksinasiya olunması ilə bağlı planını təqdim edib.

Hökumət proqramında vaksinasiyanın başlanma tarixi və hansı qrupdan olan insanların peyvənd olunacağı ilə bağlı müddətlər və prosedurlar göstərilir. Proqram həmçinin vaksinasiya üçün maliyyə cəhətdən məsul orqanları, eləcə də bilavasitə peyvəndləmənin həyata keçirməli olan tibb müəssisələrini müəyyən edir.

Vaksinasiya Planının məqsədi 2021-ci ilə qədər ölkə əhalisinin peyvəndlənməsinin yüksək əhatə dairəsinə çatmasından ibarətdir, çünki bu geniş immunitetin inkişafı üçün zəruri şərtdir(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru