Paşinyanın müşaviri Ermənistanın yeni Müdafiə naziri oldu

21-11-2020, 13:22           
Paşinyanın müşaviri Ermənistanın yeni Müdafiə naziri oldu
Ermənistan Prezidenti Armen Sarkisyan istefa vermiş Müdafiə naziri David Tonoyanın yerinə yeni təyinat haqqında fərman imzalayıb.

KONKRET.az “Sputnik” Ermənistan-a istinadən xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan Ermənistanın yeni Müdafiə naziri təyin edilib.

Digər fərmana əsasən, Ermənistanın Fövqəladə Hallar naziri və Əmək və Sosial işlər nazirinin yerinə də yeni təyinatlar olub.

Belə ki, Fövqəladə Hallar naziri vəzifəsini Andranik Piloyan, Əmək və Sosial işlər naziri vəzifəsini isə Mesrop Arakelyan icra edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru