80 erməni hərbi qulluqçu İrana fərarilik edib?

21-11-2020, 16:35           
80 erməni hərbi qulluqçu İrana fərarilik edib?
İranın Ermənistandakı səfirliyi müharibə zamanı təxminən 80 erməni əsgərin İran ərazisinə keçməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara cavab verib.

Səfirlik qeyd edib ki, İran öz ərazisində erməni əsgərlərin mövcud olması haqqında təsdiqlənməmiş faktları yoxlayacaq, həyata keçirilən araşdırmalardan sonra nəticələr haqqında məlumat veriləcək.

İran ermənisi olan siyasi şərhçi Sahak Şahmuradyan qeyd edib ki, bu anda o yayılan məlumatları yoxlamağa çalışır.

“Ziddiyyətli xəbərlər yayılır, lakin bir müddət əvvəl İran saytlarından birində bir video nəşr etmişdilər, orada görünürdü ki, bir neçə erməni hərbi qulluqçu Arazın digər sahilində azmış şəkildə dolaşır. Reportajda qeyd olunurdu ki, əsgərlər cəbhəni tərk ediblər və qaranlıq düşməsini gözləyirlər ki, İrana tərəf Arazı keçə bilsinlər”, - deyə o qeyd edib.

Şahmuradyan istisna etməyib ki, bəli, İran ərazisində erməni hərbi qulluçular ola bilər: “Belə halların olması mümkündür, yoxlamağa çalışırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru