Pakistanlı nazir: “Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir”

22-11-2020, 01:51           
Pakistanlı nazir:
“Fransan prezidenti Emmanuel Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir”.

Teref.az “Report”-a istinadən xəbər verir ki, bu sözləri Pakistanın İnsan Hüquqları naziri Şirin Mazari özünün feysbuk səhifəsində yazıb.

“Yəhudilər, şəxsiyyətlərini müəyyənləşdirmək üçün paltarlarına sarı ulduz taxmaq məcburiyyətində qaldıqları kimi, müsəlman uşaqlar da fərdi identifikasiya nömrəsi alacaqlar (digər uşaqlar almayacaq – Red)”deyə, o bildirib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkədə yaşayan müsəlman uşaqları identifikasiya nömrəsi alacaq. Bu nömrə ilə uşaqların məktəbə gedib-getmədiyi müəyyən ediləcək. Əgər uşaq orta təhsil müəssisəsinə getməsə onun valideynləri ya həbs ediləcək, ya da külli miqdarda cərimə ediləcək.

Hazırda Fransada koronavirus infeksiyası ilə bağlı evdən təhsilə icazə verilir və bu icazə gələn il də qüvvədə qalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru