ABŞ-dakı ermənilər Paşinyanın axırına çıxmaq üçün yol axtarırlar
23-11-2020, 00:04
ABŞ-da yaşayan ermənilər əraziləri təslim edən Nikol Paşinyanın və onun hökumətinin istefası tələbi ilə imza toplamağa başlayıblar.
Virtualaz.org bildirir ki, bu təşəbbüslə ABŞ-da dərc olunan "Ayrenik"erməni nəşri çıxış edib.
"Ermənistan məhv olmaq astanasındadır. Baş nazirin və onun administrasiyasının istefası tələbi ilə imza toplamaq vaxtıdır",-deyə həftəlik nəşr qeyd edib.