Pennsilvaniya hakimi Trampın tələbini rədd edib

23-11-2020, 00:00           
Pennsilvaniya hakimi Trampın tələbini rədd edib
"Pennsilvaniya rəsmiləri demokrat Co Baydenin ştatın 80 000-dən çox səslə qələbəsini göstərən seçki nəticələrini təsdiqləyə bilər".

Federal hakim şənbə günü bunu deməklə Donald Trampın seçkiləri etibarsız saymaq kampaniyasına zərbə vurub.

ABŞ-ın Pennsilvaniya ştatının Villiamsport şəhərinin bölgə hakimi Matyu Brann Trampın seçki kampaniyası ilə əlaqədar tələbini rədd edib. Qərarında Brann Tramp kampaniyasının təqdim hüquqi arqumentlərin dəlillər olmadan şayiələrə əsalandığını deyib.

"Amerika Birləşmiş Ştatlarının əhali sayı baxımından altıncı ştatının nəinki bütün seçiciləri, hətta tək bir seçicisinin hüquqlarının pozulmasına haqq qazandırıla bilməz. İnsanlarımız, qanunlarımız və təsisatlarımız daha çox şey tələb edir" - deyə, Brann əlavə edib.

Trampın özəli vəkili Rudi Culiani və seçki kampaniyasının baş hüquq məsləhətçisi Cenna Ellis isə bu qərarı ABŞ Ali Məhkəməsinə daha sürətlə müraciət etmələri üçün müsbət bir inkişaf kimi qiymətləndirib.

Birgə bəyanatda onlar ABŞ-ın 3-cü Apellyasiya Məhkəməsinə tez bir zamanda müraciət edəcəklərini deyib.

Keçmiş federal prokuror və Nyu-Yorkun sabiq meri Culiani ötən çərşənbə günü Tramp kampaniyasını təmsil etmək üçün son on ildə ilk dəfə məhkəmə qarşısına çıxıb.

O, paslanmış olduğunu "qeyri-şəffaf" sözünü başqa mənada işlətməklə, hakimi ayrı bir bölgənin federal hakimi ilə səhv salmaqla və qarşı tərəfin vəkilini təhrik etməklə göstərib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.