"Prezident Armen Sarkisyan M16-nın agentidir" - Ermənistanın sabiq baş naziri

23-11-2020, 10:37           
"Prezident Armen Sarkisyan M16-nın agentidir" -
"Ermənistan prezidenti Armen Sarkisyan İngiltərənin xarici kəşfiyyat idarəsi – M16-nın agentidir".
Yeniavaz.com Ermənistanın aparıcı nəşrlərindən olan “İravunk” qəzetinə istinadən xəbər verir ki, belə bir iddianı 1993-1996-cı illərdə ölkənin baş naziri olan Hrant Baqratyan səsləndirib.
Məlumat üçün bildrək ki, 9 aprel 2018-ci il tarixindən Ermənistanın prezidenti olan Armen Sarkisyan 1996-1997-ci illərdə ölkənin baş naziri olub.
Qeyd edək ki, Armen Sarkisyan 1953-cü il iyunun 23-də İrəvanda anadan olub. 1976-cı ildə İrəvan Dövlət Universitetinin fizika fakültəsindən məzun olub.
1984-1985-ci illərdə Armen Sarkisyan Kembriç Universitetində (Böyük Britaniya) müəllim, 1985-ci ildən 1992-ci ilə kimi Universitetin kompleks sistemlərinin kompüter modelləşdirilməsi şöbəsində dərs deyib.
1992-ci ildən diplomatik xidmətə başlayıb. 1992-1993-cü illərdə Ermənistanın Böyük Britaniyadakı səfiri, 1993-1994-cü illərdə Ermənistanın Avropa və Avropa Birliyindəki baş səfiri, 1995-1996-ci illərdə Ermənistanın Belçika Krallığındakı səfiri, Ermənistanın Avropa Katolik İcmasının rəhbəri, Ermənistanın Vatikandakı səfiri, Ermənistanın Lüksemburqdakı səfiri, 1996-1997-cı illərdə Ermənistanın Baş naziri, 1998-2000-ci illərdə Ermənistanın Böyük Britaniyadakı xüsusi və səlahiyyətli səfiri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru