Amerika ermənilərindən Paşinyana ETİRAZ - Həm pul, həm imza

23-11-2020, 12:08           
Amerika ermənilərindən Paşinyana ETİRAZ -
Amerikada yaşayan ermənilər Baş nazir Nikol Paşinyanın istefası üçün imzatoplama kampaniyasına başlayıb.

Cebhe.info xəbər verir ki, kampaniyanın təşəbbüskarı Bostonda nəşr edilən "Ayrenik" erməni həftəlik qəzetidir.

Qəzetin son nömrəsində bildirilib ki, Amerika erməniləri həm Ermənistan, həm də Qarabağda yaşayan ermənilər üçün vaxtaşırı keçirilən yardım kampaniyalarında iştirak edib və yüksək məbləğ toplanıb.

Ənənəvi olaraq hər il noyabrın son cümə axşamında Ermənistana yardım kampaniyası keçirən "Hayastan" Ümumerməni Fondu bu dəfə pulla bərabər ABŞ ermənilərindən həm də Paşinyana etiraz istəyib.

Belə ki, ianə toplanması kampaniyası ilə eyni zamanda həm də Paşinyanın istefası üçün imza toplanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru