Xamenei:“Sanksiyaları ləğv etməyin iki yolu var"

25-11-2020, 00:01           
Xamenei:“Sanksiyaları ləğv etməyin iki yolu var"
“Sanksiyaların ləğvi barədə danışıqlar aparmağa bir dəfə cəhd etdik, amma nəticə vermədi”.

Bunu İranın ali rəhbəri ayətullah Əli Xamenei bu gün İqtisadi Şuranın iclasında çıxışında deyib.

O, sanksiyaları “acı həqiqət” adlandırıb və əlavə edib ki, sanksiyalar son üç ildə daha da sərtləşdirilib: “Sanksiyaları neytrallaşdırmağın, aradan qaldırmanın və ləğv etməyin iki yolu var. Düzdür, biz sanksiyaları bir dəfə aradan qaldırmağa çalışdıq və bir neçə il danışıqlar apardıq, lakin nəticəsiz qaldı”.

İranın ali rəhbəri çıxışında sanksiyaların ləğvi üçün yenidən danışıqların aparılmasını birbaşa istisna etməyib.

“Sanksiyaların aradan qaldırılması və neytrallaşdırılması yolu başlanğıcda çətin ola bilər, amma sonu uğurludur”, – deyə o, vurğulayıb/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru