“Pakistan axını” qaz kəməri tikiləcək - İslamabad və Moskva razılığa gəlib
25-11-2020, 01:19

Rusiya və Pakistan, nəhayət, bu Asiya ölkəsinin şimalına sıxılmış təbii qaz (STQ) və TAPİ xətti ilə qaz tədarükü üçün qaz kəməri tikəcəklər. Ancaq indi layihə «Pakistan axını» adlanacaq və onun üzərində nəzarəti İslamabad həyata keçirəcək.
Moskva və İslamabad «Şimal-Cənub» qaz kəməri tikintisinin şərtlərinə yenidən baxaraq, yeni saziş bağlayıblar. İndi layihə «Pakistan axını» adlanacaq («The Express Tribune»).
Hələ 2015-ci ildə Rusiya və Pakistan «Şimal-Cənub» qaz kəmərinin tikintisi üçün hökumətlərarası saziş imzalamışdılar. Kəmərin uzunluğu 1,2 min kilometr olmaqla şimaldan Kəraçi limanını və cənubdan Lahora qədərki əraziləri əhatə etməli idi. Layihənin gücü ildə 12,4 milyard kubmetr, xərci 2,5 milyard dollar nəzardə tutulmuşdu. Onunla reqaz edilmiş STQ tədarükü və hələ tikintisi başa çatmamış «Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan» (TAPİ) qaz kəməri ilə qaz qəbulu həyata keçirilməli idi. Tikintinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu, ancaq tərəflər qaz nəqli üzrə tarifləri razılaşdıra bilmədilər.
Planlaşdırılmışdı ki, Rusiya tərəf nəzarət paketinə sahib olacaq, xərclərin 85 faizini öz üzərinə götürəcək və kəməri 25 il müddətində idarə edəcək. Ancaq ötən il Rusiya şirkətlərinin («Rostex» və «TMK») sanksiya altına düşməsi məsələsi ortaya çıxdı.
Nəticədə, Pakistan nəşrinin məlumatına görə, layihəyə sahiblik məsələsi və onun maliyyələşdirilməsi kardinal şəkildə dəyişdi. Nəzərdə tutulmuş variantda Pakistanın payı 74 faizə qədər artırıldı, Rusiyaın payı isə 26 faizə endirildi.
Onu da nəzərdən qaçırmaq olmaz ki, İkinci Qarabağ Müharibəsində Rusiyanın müəyyən mənada neytral mövqedə dayanması məsələsində qardaş Türkiyənin rolu («Akkuyu» AES, S-400 RƏMK sövdələri) ilə yanaşı, bu layihənin də az-çox rolu olub.
AzPolitika.info