Çinin rəqəmsal iqtisadiyyatı 5,45 trilyon dollara çatıb

25-11-2020, 23:35           
Çinin rəqəmsal iqtisadiyyatı 5,45 trilyon dollara çatıb
Çində rəqəmsal iqtisadiyyatın ümumi dəyəri 35,8 trilyon yuana (təxminən 5,45 trilyon ABŞ dolları) çatıb.

Bu barədə Çinin Kiberməkan Araşdırmaları Akademiyasının Ucen şəhərində keçirilmiş 7-ci Dünya İnternet Konfransında açıqladığı hesabatda deyilir. Ötən ilin yekun rəqəmləri əsasında hazırlanan hesabata görə, ölkənin rəqəmsal iqtisadiyyatının dəyəri ümumi daxili məhsulun 36,2 faizini təşkil edib.

Hesabata əsasən, cari ilin mayında Çində fiber-optik şəbəkə ölkənin bütün yaşayış məntəqələrini əhatə edib, dünyada ən çox fiber-optik şəbəkə vasitəsilə internet istifadəçisi də məhz Çindədir. Ötən il Çində 5,44 milyon 4G mobil şəbəkə baza stansiyası fəaliyyət göstərib, istifadə olunmuş mobil internet trafikinin həcmi isə 122 milyard GB təşkil edib ki, bu da dünyada ən böyük göstəricidir. Bu ilin sentyabrınadək Çində 480 min 5G baza stansiyası quraşdırılıb.

Ekspertlər COVID-19 pandemiyasının internetin əhəmiyyətini qabarıq şəkildə ortaya çıxardığını, bu səbəbdən də cari il ərzində Çində rəqəmsal iqtisadiyyatın payının daha da çox olacağını güman edirlər(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru