Parisdə iğtişaşlar zamanı 37 polis və jandarm yaralandı, binalar yandırıldı

29-11-2020, 00:19           
Parisdə iğtişaşlar zamanı 37 polis və jandarm yaralandı, binalar yandırıldı
Parisin mərkəzində etiraz aksiyalarının gedişatında 40-a yaxın asayiş keşikçisi zərər çəkib.

Bu barədə Fransanın Daxili İşlər Nazirliyinin başçısı Jerald Darmanen bildirib.

"37 polis və jandarmlar zərər çəkib. Mən yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılığı pisləyirəm", - deyə o tvitterdə yazıb.

“France 24”ün məlumatına görə, Parisin küçələrinə "Qlobal təhlükəsizlik haqqında" qanundan narazı olan 46 mindən çox insan çıxıb. Aksiya iştirakçıları polis zorakılığına qarşı çıxırlar və KİV-in azadlığını, həmçinin Darmanenin istefasını tələb edirlər. Etirazçılar həmçinin Bordo, Lill, Strasburq, Monpele, Nant və başqa şəhərlərin küçələrinə çıxıblar. Yerli KİV aksiyalara ümumilikdə 130 min insanın qatıldığını bildirib.

Parisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Şəhərin mərkəzindəki qarışıqlıqların gedişatında bir neçə maşın və bina yanıb. Yandırılan binalar arasında Fransa Bankının binası da var.

Etirazçılar polislərə daş atır, həmçinin tonqallar qalayır və barrikadalar qururlar. /Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.