Məhəmməd Cavad Zərif: “İran terrorizmlə mübarizədə ön xəttəddir”

29-11-2020, 01:46           
Məhəmməd Cavad Zərif: “İran terrorizmlə mübarizədə ön xəttəddir”
Beynəlxalq ictimaiyyət dövlət terrorizmi qarşısında dayanmalıdır.

Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Twitter səhifəsində yazıb.

M.C.Zərifin sözlərinə görə, terrorçular İranın daha bir aliminə qarşı terror aktı törədiblər. Bu terrorlar beynəlxalq qaydaları, humanizm prinsiplərini pozur.

Zərif əlavə edib ki, region və dünyada sülh və stabilliyi qorumaq məqsədilə İran terrorizmlə mübarizədə ön xəttəddir:

"Beynəlxalq ictimaiyyəti dövlət terrorizmini pisləməyə və regionda gərginliyi azaltmaq qarşısında konsensus yaratmağa çağırırıq".

Qeyd edək ki, ötən gün (27 noyabr) İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə alimi Möhsün Fəxrizadəyə sui-qəsd olunub. Sui-qəsd nəticəsində ağır yaralanan iranlı alim xəstəxanada ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.