ÜST maska taxma qaydalarını sərtləşdirdi

3-12-2020, 02:41           
ÜST maska taxma qaydalarını sərtləşdirdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris insanları yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb.

Teref.az xəbər verir ki, Harris bildirib ki, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Eyni zamanda, otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.

Harris qaydaların bu dərəcədə sərtləşdirilməsini pandemiya dövründə ən ciddi qaydalardan biri olduğunu vurğulayıb. /Qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru