Gürcüstanda hakim partiya parlamentdə 90 yer əldə edib –Müxalifət protokolu imzalamayıb

4-12-2020, 00:44           
Gürcüstanda hakim partiya parlamentdə 90 yer əldə edib –Müxalifət protokolu imzalamayıb
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinə dair yekun protokol qəbul edib.

Sənədə əsasən hakim Gürcü Arzusu Partiyası seçkilərdə 48,22% səs toplayıb.

Partiya X çağırış parlamentində proporsional sistem üzrə 60, majoritar sistem üzrə isə 30 olmaqla ümumilikdə 90 yer əldə edib.

Müxalifət partiyalarının nümayəndələri protokolu imzalamaqdan imtina ediblər.

Yeni parlamentin ilk iclası dekabrın 20-dən gec olmayaraq keçirilməlidir. İclasın tarixini prezident təyin edəcək.

Qeyd edək ki, seçkilərdə iştirak edən müxalifət partiyaları nəticələri tanımayıb və deputat mandatlarından imtina ediblər/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru