Tiflis bu il yolkasız qalacaq – Qərar

4-12-2020, 02:23           
Tiflis bu il yolkasız qalacaq – Qərar
Bu il Tiflisdə Yeni il yolkası quraşdırılmayacaq. Bununla bağlı Tiflis şəhər meriyasının iclasında qərar qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə Tiflis şəhərinin meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, qərar ölkədə, xüsusən də paytaxtda yaranmış epidemioloji vəziyyətlə əlaqədar qəbul edilib.

Mer bildirib ki, hər ilin sonunda Yeni il yolkasının bəzədilməsi və işıqlandırılması üçün təxminən 700 000-800 000 lari vəsait xərclənirdi. Bu il isə həmin vəsait hesabına ən çox ehtiyacı olan ailələrə yardım göstəriləcək.

Ehtiyacı olan ailələrə ərzaq və digər qida məhsulları, eləcə də Yeni il hədiyyələri təqdim olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.