İqitsadiyyatı “bərbad” və “çiçəklənən” ölkələrin adı açıqlandı - SİYAHI
30-04-2015, 13:24
Nüfuzlu“The Economist” jurnalı 2015-cü il üçün iqtisadiyyatı ən bərbad və inkişafda olan 30 dünya ölkəsinin siyahısını açıqlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə “The Economist”in “Intelligence Unit” şöbəsinin rəhbəri Robert Uord öz Tvitter-ində məlumat yayıb. Ümum Daxili Məhsul (ÜDM) istehsalı 2015-ci ilin aprelində ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% azalan Ukrayna ən bərabad iqtisadiyyata malik ölkələrə başçılıq edir.
Modern.az saytı ötən illə müqayisədə ÜDM istehsalı azalan bu ölkələrin siyahısını təqdim edir.
Ukrayna (6,3%)
Liviya (6,1%)
Makao (5,9%)
Ekvotorial Qvineya (5,5%)
Rusiya (4%)
Venesuela (4%)
Syerra-Leone (3,8%)
Yəmən (2,9%)
Qvineya (1,6%)
Puerto-Riko (1,5%)
Şərqi Timor (1,4%)
Braziliya (1%)
Kipr (0,3%)
Serbiya (0,1%)
Yunanıstan (0%)
İqtisadiyyartı sürətlə inkişaf edən ölkələr siyahısına isə ötən 2014-cü illə müqayisədə ÜDM istehaslının həcmini 12% artıran Papua- Yeni Qvineya başçılıq edir.
Papua Yeni Qvineya (12%)
Konqo Demokratik Respublikası (8,5%)
Şri-Lnka (7,9%)
Laos (7,8%)
Kambodca (7,5%)
Hindistan (7,5%)
Mozambik (7,3%)
Butan (7,1%)
Efiopiya (6,9%)
Türkmənistan (6,8%)
Tanzaniya (6,6%)
Çin (6,4%)
Myanma (6,3%)
Fillipin (6,2%)
Konqo (Brazzavil) (6,2%)