Qubada elektrik dirəkləri AŞDI: 20-dən çox kənd işıqsız qaldı VİDEO

10-05-2025, 15:24           
Qubada elektrik dirəkləri AŞDI:
Elektrik dirəkləri aşıb, transformatorlar sıradan çıxıb. Seldən sonra yaranan problem hələ də qalmaqdadır.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Qubanın rayon mərkəzindən 80 km məsafədə yerləşən Qarxun kəndində bu günədək elektrik enerjisi yoxdur. Sakinlər 24 gündür ki, işıqsız qalıblar.

Aprel ayının ortasında güclü qar və yağıntılar səbəbindən Qarxunla Adur kəndləri arasındakı 40 elektrik dirəyi aşıb, kəndin yeganə transformatoru da sıradan çıxıb.

Qarxunda, həmçinin sel suları yollara da ziyan vurub. Kəndin yolu yalnız bir neçə gün əvvəl qismən açılıb. Lakin enerji xətləri hələ də bərpa edilməyib.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən bildiriblər ki, təkcə Qarxun kəndində deyil, hazırda Quba rayonunda 20-dən çox kənddə işıq yoxdur. Elektrik dirəklərinin və yolların bərpası istiqamətində işlər görülür. Briqadalar ərazilərə cəlb olunublar. Qarxun kəndində də problem yaxın günlərdə həllini tapacaq.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru