ABŞ-in məxfi barmaqları NED
30-04-2015, 15:16
Son dövrlərdə bir çox ölkələrdə kütləvi iğtişaşlar, xaos və sabitliyin pozulması ilə nəticələnən proseslərin kökünü araşdıranda yenə də hər daşın altından ABŞ-ın Milli Demokratiya Fondu (“National Endowment for Democracy” - NED) adlanan təşkilatının adının çıxdığına şahid oluruq. Bu təşkilat ABŞ Dövlət Departamenti tərəfindən idarə olunur və ABŞ Konqresinin ayırdığı maliyyə vəsaitləri hesabına öz maraqları çərçivəsində fəaliyyət göstərir. Bu gün NED təşkilatı ABŞ-ın ən güclü silahına çevrilib.
İndiyədək NED təşkilatındakılar Hondurasda dövlət çevrilişi, Ukrayna və Gürcüstanda rəngli inqilab, Çinin Sincan-Uyğur bölgəsində və digər regionlarda qanlı hadisələrin törədilməsinə bilavasitə rəvac veriblər.
NED nə üçün quruldu?
1973-cü ildə Çilidə seçki yolu ilə iqtidara gələn sosialist Salvador Alyenda hökumətinin general Avqusto Pinoçet tərəfindən hərbi çevriliş yolu ilə devrilməsindən sonra hər kəsin diqqəti ABŞ-a yönəlmişdi. Latın Amerikasında bütün çevrilişlər kimi, bu çevrilişi də ABŞ-ın həyata keçirdiyi deyilirdi. Bunun üçün ABŞ senatoru Frank Çurç adlı şəxsin rəhbərliyi altında araşdırma komitəsi qurulur. Bu komitənin hazırladığı “Çurç hesabatı” adı ilə tanınan sənəd Çilidə baş vermiş həmin hakimiyyət çevrilişinin məhz ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən dəstəklənməsi və maliyyələşməsi barədə təkzibolunmaz faktları ortaya qoyur. O dövrdə baş vermiş bu siyasi qalmaqal çox keçmir ki, dünyanın bir çox yerinə ABŞ-ın əsl simasını yayır.
Yaranmış bu cür vəziyyət Birləşmiş Ştatları siyasi baxımdan da çox sıxırdı. Ancaq həmin vaxtı ABŞ yaranmış bu siyasi böhrandan çıxış yolunu tapa bilir. ABŞ Konqresi 1983-cü ildə “National Endowment for Democracy” (NED) adlanan təşkilatı qurur. Bu təşkilatın yarandığı gündən əsl məqsədi ayrı-ayrı ölkələrin sivil cəmiyyətlərində “demokratik islahatlar və tövsiyələr” adı altında özlərinə oturuşmuş gizli mənbə və yollar axtarmaq olub. NED-in ilk böyük fəaliyyəti isə 80-ci illərdə sandinistlərin iqtidara gəldikləri Nikaraquadakı qanlı vətəndaş müharibəsi zamanı olur. Həmin vaxt NED təşkilatı vətəndaş müharibəsi zamanı bir neçə daxili təşkilatlara maliyyə və silah yardımları edirdi. 1978-ci ildə Nikaraquada baş verən bu qanlı vətəndaş müharibəsi zamanı isə on minlərlə insan həlak olur.
NED-in təsisçisi Allen Veinsteyn 1991-ci ildə “Vaşinqton Post” qəzetinə göndərdiyi bir müraciətdə bunları qeyd edirdi: “Bu gün bizim gördüyümüz işlərin böyük qismi hələ 25 il öncə CIA tərəfindən həyata keçirilirdi”.
Hər kəsə qəribə görünən “qeyri-hökumət təşkilatı”
NED özünü dünyaya “müstəqil və hökumətdən asılı olmayan təşkilat” kimi təqdim etsə də, bu təşkilatın büdcəsi tamamilə ABŞ Konqresi tərəfindən təmin edilir. Hətta, NED hər dəfə Konqresə növbəti maliyyə vəsaitini almaq üçün öz fəaliyyət hesabatını təqdim edir. NED-in ayrı-ayrı ölkələrdə əlaqə qurduğu qruplara və təşkilatlara verəcəyi vəsaitlərin siyahısı isə təsdiq olunmaq üçün əvvəlcə ABŞ-ın Xarici İşlər Nazirliyinin nəzarətindən keçir.
Bundan əlavə, NED ona bağlı olan 4 təməl quruluşundan ibarətdir.
NED nizamnaməsinə görə, heç bir siyasi partiyanı dəstəkləmir. Ancaq bunlar yalnız kağız üzərində yazılmış ifadələrdir. Çünki NED nəinki dünyanın ayrı-ayrı ölkələrində, hətta ABŞ-da keçirilən seçkilərdə belə tərəflərə təsir və ya təzyiq edir, hətta açıq şəkildə seçkilərə müdaxilələr də olur.
NED-in “uğurlu fəaliyyəti” ilə bağlı son illərdə baş vermiş bir hadisə də 2002-ci ildə Venesuelada baş vermişdi. Həmin vaxtı prezident Uqo Çavesə qarşı çevriliş cəhdi olmuşdu. Bu hadisədən sonra isə ABŞ-da yaşayan tanınmış vəkil Eva Golinger apardığı araşdırmasında Uqo Çavesə qarşı çevrilişin NED tərəfindən maliyyələşdirildiyini ifşa etmişdi.
NED-i ifşa edən digər bir məsələ isə Çinin Sincan-Uyğur bölgəsində baş vermiş hadisə ilə bağlıdır. Belə ki, Sincan-Uyğur bölgəsində fəaliyyət göstərən Dünya Uyğur Konqresinin də NED tərəfindən maliyyələşdirildiyi artıq təsdiq olunub.
NED günümüzdə baş verən Ukrayna hadisələrinə də sponsorluğu davam etdirir.
Son vaxtlar isə NED-in həvəs göstərdiyi dövlətlər arasında Azərbaycan dövləti və qardaş Türkiyə də yer alır.
Türkiyə hökumətindən yayılan məlumata görə, artıq NED bu ölkədə fəaliyyət göstərən “Taraf” qəzetinə “müxbir təkmilləşdirmə proqramı” çərçivəsində böyük maliyyə vəsaitləri ayırır.