"ABŞ bizim ölkəmizdə özünün hərbi bazasını yaradır" - Filippin prezidenti qəzəblənib

17-02-2021, 08:03           
"ABŞ bizim ölkəmizdə özünün hərbi bazasını yaradır" -
Filippin prezidenti Rodriqo Duterte Subik-bey şəhərində tədricən özünün hərbi bazasını yaradan Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərəkətlərindən qəzəblənib. O, Cənubi-Çin dənizindəki mübahisəyə görə, müharibənin başlayacağı təqdirdə, ölkəsinin ziyan çəkməsinin əleyhinədir.

Fevralın 16-da «Manila Bulletin» qəzetinin xəbər verdiyi kimi, prezident ölkənin vitse-prezdenti Leni Roberdonu «beynəlxalq işlərdə nadanlıq nümayiş etdirdiyinə və ABŞ-ın Filippini çoxsaylı incitmələrinə görə» sərt tənqidə məruz qoyub.

«Siz, əvvəllər olmuş hadisələri və ya amerikalıların açıq-açığına Subik-beydə öz forpostunu yaratmaq presedentlərini bilmirsiniz. Siz, böyük anbar - ABŞ-ın öz silahlarını Filippində yeləşdirdiyi anbarlar barədə bilirsinizmi? Siz, bilirsinizmi ki, onlar tədricən Subik-beyi ABŞ bazasına çevirirlər? Mən, bu barədə bilirəm, çünki mənə məruzə edirlər və ona görə ki, mən, vəziyyətin qiymətlndirilməsi barədə Filippin silahlı qüvvələrinin hesabatını almışam» - deyə, Duterte qəzəblənib.

O, vitse-prezidenti amerikayönlü mövqeyinə görə pisləyib və xatırladıb ki, yaxınlarda prezident Duterte tələb edib ki, əgər onlar Filippinlə əvvəllər bağladıqları sazişləri saxlamaq istəsələr, ABŞ buna görə haqq ödəməlidir.

«Amerikalılar bizə nə veriblər? Onlar bizi öz forpostuna, tərəfdarına çevirirlər. Müharibənin başlanacağı təqdirdə, Filippin birmənalı olaraq, müharibəyə cəlb olunacaq» - prezident bəyan edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.