Konqresmen Benni Tompson Trampı məhkəməyə verdi

17-02-2021, 07:57           
Konqresmen Benni Tompson Trampı məhkəməyə verdi
ABŞ Konqresi Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri, demokrat Benni Tompson eks-prezident Donald Trampı və onun vəkili Rudi Culianini məhkəməyə verib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Vaşinqton məhkəməsinə təqdim olunan müraciətdə bildirilir ki, Tramp, Culiani, eləcə də bir sıra ifrat sağ təşkilatlar əlbir olaraq, əvvəlcədən düşünülmış ssenari əsasında Kapitoliyə hücum təşkil ediblər. Onların məqsədi seçkilərin nəticəsinin tanınmasına imkan verməmək və Konqresin işinə maneə törətmək olub.

Konqresmen Trampı keçmiş prezident kimi yox, fiziki şəxs olaraq məhkəməyə verib. Onun tələb etdiyi təzminatın məbləği isə açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru