ABŞ-ın 20-dən çox şəhəri mütləq temperatur rekordunu yeniləyib

17-02-2021, 08:06           
ABŞ-ın 20-dən çox şəhəri mütləq temperatur rekordunu yeniləyib
Bütün müşahidələr zamanı ən soyuq 16 fevral ABŞ-ın 21 şəhərində qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Milli Meteorologiya Xidməti tərəfindən yayılan məlumatda deyilib.

Rekordçular arasında ən soyuq hava temperaturu Linkoln və Qastings (Nebraska ştatı) şəhərlərində qeydə alınıb. Orada ötən gün temperatur -35 və -34 dərəcəyə qədər düşüb.

Nyu Orleanda (Luiziana ştatı) havanın -3,8 dərəcəyə qədər düşməsi temperatur rekordunu təyin etmək üçün kifayət olub.

Ümumilikdə, 11 ştatın - Nebraska, Ayova, Kanzas, Missuri, Oklaxoma, Texas, Tennesi, Arkanzas, Alabama, Mississippi və Luiziana şəhərlərində rekord aşağı temperatur qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru