Çin “Opera”nı 1,2 mlrd. dollara alır

11-02-2016, 01:16           
Çin “Opera”nı 1,2 mlrd. dollara alır
Bir neçə Çin şirkəti Norveçin “Opera Software ASA” şirkətinə məxsus “Opera” internet-brauzerini 10,5 mlrd. Norveç kronuna (1,2 mlrd. ABŞ dolları) almaq barədə razılığa gəlib.
Qaynar.info APA-ya istinadən bildirir ki, investorlar şirkətin hər səhminə görə 71 kron təklif edir.
Bildirilir ki, şirkətin səhmdarlarının çoxu bağlanacaq əqdə isti münasibət bəsləyir.
Yeri gəlmişkən, çinli investorlar arasında “Golden Brick Capital Management”, “Beijing Kunlun Tech”, “Qihoo 360 Technology” и “Yonglian Investment” kimi şirkətlər var.
Ona da qeyd edək ki, bu xəbər yayıldıqdan sonra “Opera”nın səhmləri 5,4% bahalaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.