Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT

Bu gün, 09:44           
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? -
Masallı rayon, Qədirli kənd sakini Əmiraslanov Amin Qəribəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edir:

"Cənab nazir!

Bildirim ki, 06.07.2015-ci il tarixdən 02.01.2017-ci il tarixədək N saylı hərbi hissədə əsgər olmuşam.

29.09.2020-ci il tarixdən 09.01.2021-ci il tarixədək könüllü olaraq 44 günlük Vətən müharibəsində iştirak etmişəm.

25.03.2021-ci il tarixdən 29.05.2024-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. Müqaviləmi bitirib, ehtiyata buraxılmışam.

Dəfələrlə nazirliyə sikayət etməyimə baxmayaraq, hələ də "forma pulu"mu ala bilmirəm. 1 il 6 ay dəfələrlə qaynar xətlə əlaqə saxlamışam, lakin müsbət cavab yoxdur.

1 il 6 aydır ki, Quru Qoşunlarında da 20 nəfərə yaxın insan paltar pulunu ala bilmir.

Verdikləri cavab isə budur ki, “səhvlik var idi, yenidən yazılıb nazirliyə göndərilib”. 1 il 6 aydır səhv düzəlmir?

Cənab nazir!

Xahiş edirəm, bu məsələni diqqətdə saxlayasınız".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.