12 yaşlı qıza qarşı zorakılıq iddiası: Ata saxlanılıb- Sankt-Peterburqda

Bu gün, 09:48           
12 yaşlı qıza qarşı zorakılıq iddiası: Ata saxlanılıb-
Sankt-Peterburqda 36 yaşlı qadın həyat yoldaşını onların 12 yaşlı qızına qarşı təcavüz etməkdə ittiham edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir, hadisə iyunun 19-da baş verib.

Qadın polisə müraciət edərək ərinin alko-marketdə yükdaşıyıcı işlədiyini və qıza mənzildə təcavüz etdiyini bildirib. Daxili işlər orqanları şübhəlini saxlayıb, istintaqçılar qız və anasının ifadəsini alıb. Hazırda cinayət işi açılması məsələsi araşdırılır.

Qeyd olunur ki, iki il əvvəl həmin şəxs qanunsuz miqrasiya təşkilatçılığına görə məsuliyyətə cəlb olunub.

Bundan əvvəl Leninqrad vilayətində dəmiryolunda naməlum şəxs məktəbliyə qarşı zorakılıq edib. Hüquq-mühafizə orqanları videomüşahidə görüntüsünü əldə edərək iş üzrə araşdırmanı davam etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.