Co Bayden ikinci müddətə prezidentliyə namizədliyini vermək niyyətindədir

26-03-2021, 08:11           
Co Bayden ikinci müddətə prezidentliyə namizədliyini vermək niyyətindədir
BŞ Prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə yenidən seçilmək üçün mübarizə aparmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Bayden vəzifəsinə başladığı gündən bəri ilk açıq mətbuat konfransında bildirib.

“Cavabım müsbətdir. Yenidən seçilmək üçün mübarizə aparmağı planlaşdırıram, gözlədiyim budur”, Ağ Ev rəhbəri əlavə edib.

Daha sonra o, prinsipcə, gələcək haqqında düşünməyi sevmədiyini, lakin bu anda gözləntilərinin olduğunu söyləyib: “Mən heç vaxt inamla dörd və ya üç il yarım əvvəlcədən plan qura bilmərəm”.

Bayden Kamila Harris ilə vitse-prezident vəzifəsinə namizəd olaraq seçkilərə qatılacağını deyərək, onun əla bir iş ortağı olduğunu vurğulayıb.

Jurnalistlər növbəti seçkilərdə sələfi Donald Trampın yenidən ona rəqib ola biləcəyini soruşduqda ABŞ lideri özünəməxsus tərzdə gülərək cavab verib: “"Yeter, bunu düşünmürəm. Sələfim... Aman Tanrım, onun üçün necə darıxıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru