Vaşinqton Çini məsuliyyətə cəlb etmək niyyətindədir

26-03-2021, 07:36           
Vaşinqton Çini məsuliyyətə cəlb etmək niyyətindədir
Vaşinqton Çinə qarşı tədbirlər görmək üçün müttəfiqləri və tərəfdaşları ilə əlaqəni gücləndirmək niyyətindədir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Cozef Biden bəyan edib.

Amerikan lideri bu ayın əvvəlində bir sıra dövlətlərin nümayəndələri ilə "Çinin bölgədə məsuliyyətə necə cəlb edilməsini" müzakirə etdiyini qeyd edib.

C.Bayden Vaşinqtonun “Çinin ədalətli beynəlxalq rəqabət, təcrübə və ticarət qaydalarına riayət etməsinə” israr edəcəyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru