Yaponiyadan ABŞ-a TƏLƏB: Dərhal dəyişdirin!

26-03-2021, 10:47           
Yaponiyadan ABŞ-a TƏLƏB:
Yaponiya ötən gün Şimali Koreyanın iki ballistik raket atdığı bölgəni “Şərq dənizi” olaraq adlandıran ABŞ-dan bunun əvəzinə “Yapon dənizi” ifadəsini istifadə etməsini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Sakai Manabu təşkil etdiyi mətbuat konfransında danışıb.

O, ABŞ-ın Hindistan-Sakit Okean Komandanlığının raketlərin atılması ilə bağlı açıqlamasındakı “Şərq dənizi” ifadəsininin uyğun olmadığını və bununla bağlı tələblərini dərhal yerinə yetirmələri üçün rəsmi Vaşinqtona müraciət etdiklərini bildirib.

“Ölkəmizin bu mövzuda tutduğu mövqe budur ki, “Yapon dənizi” adı yeganə və beynəlxalq səviyyədə tanınan addır”, - Sakai Manabu əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru