Rusiyada keçmiş nazir müavininin sərvəti 10 milyard dollara çatıb

27-03-2021, 12:39           
Rusiyada keçmiş nazir müavininin sərvəti 10 milyard dollara çatıb
Rusiyanın keçmiş rabitə nazir müavini Denis Sverdlovun sərvəti 10 milyard dollara çatıb.

“Forbes” nəşrinin məlumatına görə, eks-məmurun elektrikli nəqliyyat istehsal edən şirkətinin səhmlərinin birjada yerləşdirilməsi onu ölkəsinin ən varlı şəxslərindən birinə çevirib.

Qeyd edək ki, keçmiş nazir müavini 2012-2013-cü illərdə vəzifə tutub. O, öz şirkətini 2015-ci ildə yaradıb.

D.Sverdlovun “Arrival” şirkəti ABŞ-ın “CIIG Merger Corp” şirkətilə birləşərək martın 25-də səhmlərini qiymətli kağızlar bazarına (NASDAQ) çıxarıb. “Finansial Times” nəşrinin məlumatına əsasən səhmlərin ümumi dəyəri 13.6 milyard dollar təşkil edib. //Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru