"Bu ölkədə baş verənlər bizi dəhşətə gətirdi" - ABŞ dövlət katibi

28-03-2021, 11:34           
"Bu ölkədə baş verənlər bizi dəhşətə gətirdi" - ABŞ dövlət katibi
Myanmada baş verənlər ABŞ-ı dəhşətə gətirib.

Teref.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Myanmada baş verənləri şərh edərkən deyib.

Dövlət katibi Myanmada mülki hökuməti devirdikdən sonra etirazlara qalxan əhalini atəşə tutan hərbçilərə sərt reaksiya verib. Dövlət çevrilişinə gedənləri “terror səltənəti” kimi qiymətləndirən Blinken “Bu ölkədə yaşananlar bizi dəhşətə gətirib” ifadəsini işlədib.

Qeyd edək ki, Myanmada hərbi rejimə qarşı başlayan etirazlarda hüquq-mühafizə orqanları xalqa atəş açıb. İlkin məlumata görə, 114 mülki insan öldürülüb. Teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru