ABŞ-dan Çinin son sanksiyalarına cavab

28-03-2021, 18:57           
ABŞ-dan Çinin son sanksiyalarına cavab
ABŞ-ın dövlət katibi Entoni Blinken ştatlar tərəfindən məhdudlaşdırıcı tədbirlərə cavab olaraq Çinin tətbiq etdiyi sanksiyaları pisləyib. Onun sözlərinə görə, bu Pekinin Sincanda insan hüquqlarının ciddi şəkildə pozulması ilə bağlı tənqidi susdurmaq cəhdidir və yalnız beynəlxalq diqqətin güclənməsinə imkan yaradır.

Qeyd edək ki, ötən gün Çin ABŞ və Kanadaya cavab olaraq olan bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiyaları tətbiq edib. Səbəb kimi ÇXR-in Sintszyan-Uyğur Muxtar Respublikasının ətrafında yaranmış gərgin vəziyyət göstərilib.

Çin XİN-in məlumatına görə, məhdudiyyətlərə məruz qalan şəxslər arasında ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyasının rəhbəri Toni Perkins və Kanada parlamentinin üzvü Maykl Çonq da var. Bu sanksiyalar Kanada və ABŞ-ın martın 22-də Sintszyandakı bir sıra fiziki və hüquqi şəxslərə qarşı birtərəfli sanksiyalar tətbiq edən hərəkətlərinə cavab addımı olub.

Sanksiyalara görə, bu vətəndaşlar və onların ailə üzvləri Çin ərazisinə, o cümlədən Hong Kong və Makao ərazisinə daxil ola bizlməzlər. Bu arada Rusiya XİN-də Kanadanın sanksiyalarına cavab veriləcəyini açıqlayıb. Mariya Zaxarov deyib ki, Kanada hakim elitasıilə artıq Rusiya ilə ikitərəfli münasibətlər minimuma düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru