Süveyş böhranı: 370-ə yaxın gəmi gözləyir

28-03-2021, 22:13           
Süveyş böhranı:
Süveyş kanalında saya oturan “Ever Given” yük gəmisinin çıxarılması cəhdi uğursuzluqla nəticələnib.

Sozcu.az xəbər verir ki, bu barədə kanal rəsmisi Üsamə Rabiyə bildirib.

Ötən gün qoşqu vasitəsilə gəmini tərpətməyə çalışdıqlarını deyən Rabiyə bu gün yenidən cəhd ediləcəyini vurğulayıb.

Qeyd edək ki, nəhəng yük gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində yüzlərlə gəmi keçid növbəsi gözləyir. Süveyş dünya dəniz ticarətinin 8-12 faizinin keçdiyi məkandır.

***

Gəminin bu gün hərəkət edəcəyini gözləyirik.

Bunu Süveyş kanalında saya oturan gəminin məxsus olduğu şirkətin rəsmisi Yukito Hiqaki deyib.

O, qazma vasitələrindən istifadə etməklə, gəmini hərəkət etdirməyə çalışdıqlarını qeyd edib.

***

“Ever Given” gəmisinin saya oturması nəticəsində bağlanmış Süveyş kanalının girişində 25-i neft tankeri daxil olmaqla, 370-ə yaxın gəmi keçid növbəsi gözləyir.

Bu barədə kanal rəsmisi Üsamə Rabiyə deyib. O bildirib ki, gəminin saya oturması nəticəsində Süveyş kanalı hər gün 13 milyondan 14 milyon dollaradək zərər görür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.