İtaliyada havaya qalxmağa hazırlaşan polis helikopteri yerdə parçalandı – VİDEO
29-03-2021, 06:38
İtaliyada təlim uçusu zamanı bədbəxt hadisə baş verib.
“Haber Global”ın məlumatına görə, ölkənin polis akademiyalarının birinin təlim mərkəzində havaya qalxmaq istəyən helikopter hələ yerdə ikən parçalanıb.
Məlumata əsasən, qəza zamanı helikopterdə olan iki nəfər ciddi xəsarət almadan qurtulublar.