Rokford Vaytç: Süveyş kanalı bir həftə də bağlı qalsa...

29-03-2021, 06:49           
Rokford Vaytç: Süveyş kanalı bir həftə də bağlı qalsa...
Süveyş kanalının daha bir neçə həftə bağlanması Avropaya tədarüklə bağlı ciddi fasilələrə səbəb olacaq.

Axar.az xəbər verir ki, bunu Amerikanın Taft Universiteti yanında Fletçer Dəniz Tədqiqatları Mərkəzinin rəhbəri Rokford Vaytç deyib.

“Əgər 2-3 gün ərzində kanal açılarsa, iqtisadi itkilər az olacaq. Əgər qapanma daha bir neçə həftə davam etsə, tədarük zəncirində maliyyə itkiləriylə nəticələnən fasilələr yarana bilər”, – deyə o bildirib.

Vaytç Suveyş kanalının bağlanmasından xüsusilə Yaxın Şərqdən bu marşrut üzrə həyata keçirilən stabil tədarükdən asılı olan Avropanın neftayırma zavodlarının zərər görəcəyini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru