Putin görüş üçün tələsir, Bayden isə... - Qəribə durum

30-03-2021, 07:09           
Putin görüş üçün tələsir,
“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydendən görüşlə bağlı təklif alıb-almamasından xəbərsizəm”.

Teref.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Rusiya prezidentinin orada iştirak edib-etməyəcəyini aydınlaşdırmaq üçün bir az vaxt lazımdır”, – Peskov bildirib.

Rusiya mətbuatı bundan əvvəl Co Baydenin rusiyalı həmkarını 22-23 aprel tarixlərində onlayn keçirilməsi planlaşdırılan iqlim danışıqlarına dəvət etdiyini yazıb. Tədbirdə Çin prezidenti Xi Jinping də daxil olmaqla 40 dünya lideri iştirak edəcək.

Qeyd edək ki, Bayden bundan əvvəl Rusiya liderinin onlayn görüş təklifindən imtina etmişdi. /Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru