Bayden “Ruzvelt planı”nı işə saldı: 1929-dan sonra ilk dəfə

2-04-2021, 11:48           
Bayden “Ruzvelt planı”nı işə saldı:
Pandemiyanın yaratdığı işsizlik dalğasının öhdəsindən gəlmək istəyən Bayden rəhbərliyi həll yolunu ölkəni “təmir etmək”də görür.

Sozcu.az xəbər verir ki, Bayden rəhbərliyi bunun üçün 2030-cu ilə qədər 10 min körpü və 30 min kilometrlik avtomobil yolu inşa etməyi planlaşdırır.

Ötən gün Bayden tərəfindən elan edilən 8 il müddətinə infrastruktur layihəsi üçün 2 trilyon dollar ayrılıb. Eyni zamanda, elektrikli nəqliyyat vasitələri üçün batareya stansiyaları inşa ediləcək.

Bayden açıqlamasında belə bir layihənin hər nəsildə bir dəfə elan olunduğunu bəyan edib:

“Plan bənzərsizdir. Bu, II Dünya müharibəsindən sonra ölkədəki ən böyük iqtisadi sıçrayışdır”.

Qeyd edək ki, planın rəsmi adı Amerikan İş Planıdır (American Jobs Plan). Bənzər plan ilk dəfə 1929-cu il böhranından sonra iqtisadiyyatı nizama salmaq üçün eks-prezident Franklin Delano Ruzvelt tərəfindən reallaşdırılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru