Ağ Ev Rusiya kəşfiyyatçılarını deportasiya etməyə hazırlaşır - İDDİA

8-04-2021, 16:08           
Ağ Ev Rusiya kəşfiyyatçılarını deportasiya etməyə hazırlaşır - İDDİA
ABŞ və Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir.

Teref.az İnvestaz.az-a istinadən xəbər verir ki, bu barədə Bloomberg” məlumat verib.

ABŞ prezidenti Co Bayden administrasiyası artıq Rusiyanın düşmənçilik hərəkətlərinin izlənilməsi prosesini başa çatdırıb.

Hazırda administrasiya rus diplomatların ölkədən çıxarılması və bu ölkəyə qarşı sanksiya tətbiq olunması imkanlarını araşdırır.

ABŞ administrasiyasının yaydığı açıqlamada bildirilir ki, Rusiya tərəfindən həyata keçirildiyi iddia olunan bədxah hərəkətlər barədə kəşfiyyat işi tamamlanıb.

Bu əməllərə qarşı potensial cavab tədbirləri sırasında ABŞ-da “diplomatik toxunulmazlıq” hüququndan istifadə edən Rusiya kəşfiyyatçılarının deportasiyası, eləcə də Rusiyada olan ayrı-ayrı şəxslərə və təşkilatlara qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir.

Vaşinqton administrasiyasında mövcud variantlar gün ərzində müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru