Rus ordusunun bölgədəki şübhəli fəallığı - Müdafiə naziri xəbərdarlıq etdi

11-04-2021, 21:51           
Rus ordusunun bölgədəki şübhəli fəallığı -
Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer Rusiyanı qoşunlarının Ukrayna ilə sərhəd yaxınlığındakı fəallığına aydınlıq gətirməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, nazir rus ordusunun bölgədəki aktivliyinin şübhəli olduğunu bildirib.

“Rusiyanın gizlədəcək bir şeyi yoxdursa, o zaman qoşunlarının bölgədəki davranışlarının hansı məqsədə qulluq etdiyini asanlıqla izah edə bilər”, - Karranbauer deyib.

Bundan əvvəl Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian da oxşar açıqlama ilə çıxış etmişdi.

Onun sözlərinə görə, Rusiya bölgədəki hərbi aktivliyini şəffaf şəkildə açıqlamalıdır./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru