Ermənistanda rus generalın qızının meyiti tapıldı - FOTO

12-04-2021, 00:18           
Ermənistanda rus generalın qızının meyiti tapıldı - FOTO
Bu gün axşam saatlarında Ermənistanın paytaxtı Yerevanda 40 yaşlı qadın meyiti tapılıb.

"Qafqazinfo" erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonu ərazisində baş verib.


Jurnalist Qaqik Şamşyan iddiasına görə, David Anaxt küçəsində evlərindən birinin eyvanında tapılan qadın meyiti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır. Lakin nə qadının, nə də atasının adı açıqlanmır.

Bundan başqa, meyitin yanında tapança da aşkarlanıb. Məlumata görə, həmin tapança atasının qızına hədiyyəsi olub.

Qadının intihar etdiyi və ya qətlə yetirildiyi araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru