Natanz qəzasını MOSSAD törədib - İsrail mediası 11-04-2021, 22:56 İranın Natanz Atom Elektrik Stansiyasında baş vermiş insidentin arxasında İsrail dayanır. Axar.az xəbər verir ki, bu barədə İsrailin "KAN" teleradio şirkəti məlumat yayıb. "Söhbət MOSSAD-ın iştirakı ilə həyata keçirilən kiberhücumundan gedir", - məlumatda bildirilir. Qeyd edək ki, bu gün səhər İranın Natanz Atom Elektrik Stansiyasında (AES) qəza baş verib. Facebook-da paylaş