Şoyqu: ABŞ və NATO qoşunlarını Rusiya sərhəddinə yerləşdirir

13-04-2021, 22:17           
Şoyqu:
Rusiyanın Müdafiə nazirinin sözlərinə görə, ilin əvvəlindən Vaşinqton bu istiqamətdə hava kəşfiyyatını iki dəfə, dəniz kəşfiyyatını 1,5 dəfə artırıb.
ABŞ və NATO qoşunlarını Şimali Amerikadan Rusiya sərhədlərinə yerləşdirir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Əsas qüvvələr Qara dəniz və Baltik regionunda cəmləşir", - deyə Şoyqu qeyd edib.

O əlavə edib ki, ümumilikdə Rusiya ərazisi yaxınlığında 40 min hərbçi və strateji aviasiya da daxil olmaqla 15 min hərbi texnika yerləşdirilib.

Şoyqu əlavə edib ki, ilin əvvəlindən Vaşinqton bu istiqamətdə hava kəşfiyyatını iki dəfə, dəniz kəşfiyyatını 1,5 dəfə artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru