Avropada dəhşətli rəqəm: Ölənlərin sayı bir milyonu keçib

16-04-2021, 00:05           
Avropada dəhşətli rəqəm:
Avropada COVID-19-dan ölənlərin sayı bir milyonu keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bölməsinin rəhbəri Hans Klüqqe brifinqdə deyib.

“Bölgədə vəziyyət ciddidir. Hər həftə 1,6 milyon yeni yoluxma qeydə alınır. Bu, hər saat 9 500 və ya dəqiqədə 160 nəfərin yoluxması deməkdir”, - o qeyd edib.

H.Klüqqe bu günə qədər Avropanın COVID-19 əleyhinə yeddi növ peyvəndin 171 milyon dozası ilə təmin olunduğunu xatırladıb.

Avropa əhalisinin, demək olar ki, 13 faizi peyvəndin birinci dozasını və 7 faizi isə hər iki dozanı alıb.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru