Makron, Merkel və Zelenski müzakirə aparacaq

16-04-2021, 00:01           
Makron, Merkel və Zelenski müzakirə aparacaq
Fransa, Almaniya və Ukrayna liderləri Rusiya ilə yaranan gərginliyi müzakirə etmək üçün sabah müzakirələr aparacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə “Frans-Press” məlumat yayıb. Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makron əvvəlcə ukraynalı həmkarı Vladimir Zelenskini nahara qonaq edəcək, daha sonra videoformatda keçiriləcək görüşdə Almaniya kansleri Angela Merkel də iştirak edəcək.

Onlar Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsinin yaratdığı eskalasiya risklərini müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru