İsrail milyonlarla peyvənd dozasını gətirmək üçün "Pfizer" şirkəti ilə müqavilə imzaladı

20-04-2021, 07:58           
İsrail milyonlarla peyvənd dozasını gətirmək üçün "Pfizer" şirkəti ilə müqavilə imzaladı
İsrail hakimiyyəti "Pfizer" şirkəti ilə 2022-ci ilədək əlavə milyonlarla doza koronavirusa qarşı peyvəndi tədarük etmək barədə müqavilə imzaladı.

Trend-in məlumatına görə, bu barə ölkə hökumətinin saytında dərc olunan press-relizdə deyilib.

İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə "Moderna" şirkəti ilə də müqavilə imzalayacaqlarına ümüdvar olduğunu bildirib.

Onun sözlərinə görə, beləliklə, ölkədə yaxın vaxtlarda həm böyüklər, həm də uşaqlar üçün kifayət qədər vaksin olacaq:

"İsrail koronavirusa qarşı qlobal mübarizədə yenidən başçılıq edəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru