“24 saat vaxt verirəm, Nikolun ailəsindən elə şeylər yayacam ki...” - Serj Sarkisyan

9-06-2021, 07:01           
“24 saat vaxt verirəm, Nikolun ailəsindən elə şeylər yayacam ki...” - Serj Sarkisyan
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ordudan oğurladığı pulları Monte-Karloda kazinoda uduzması ilə bağlı Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verib.

Teref.az xəbər verir ki, Sarkisyan kazino oyunçusu olması ilə bağlı iddiaların hələ prezident olduğu dövrdə səsləndirildiyini deyib:

“Mən onda cavab vermədim, çünki prezident idim. Təhlükəsizlik Xidməti mənə tabe idi, onlar deyə bilərdilər ki, biz məlumat gizlədirik və s. Amma Paşinyan çox uzağa getdi. Sizin qarşınızda bəyan edirəm: 24 saat vaxt verirəm. O, ya faktları təqdim etməlidir, ya da mən onun, ailəsinin haqqında elə faktlar yayacam ki, ictimaiyyət üzünə tüpürəcək. Faktları təqdim etməsə, onunla məşğul olacam”.

Sarkisyan bildirib ki, son 15 ildə Monakoda olmayıb və bunu yoxlamaq asandır:

“Baden-Baden haqda da cəfəngiyat danışırdılar. Bura böyük muzeydir, nəinki kazino. Mənim dostlarımdan başqa yüzlərlə insan bilir ki, mən həmişə kazinonun yerləşdiyi küçədən keçmişəm”.

Qeyd edək ki, bir müddət öncə Serj Sarkisyan Paşinyanın yerinə olsa, müharibəni uduzduğuna görə özünü güllələyəcəyini demişdi. Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan isə Serj Sarkisyana cavabında ordudan oğurladığı və Monte-Karlodakı kazinoda uduzduğu milyonlarla pula görə özünü niyə güllələmədiyini soruşmuşdu./Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru