İran nüvə sazişinə qayıtsa da biz onlara qarşı “yüzlərlə sanksiyanı” saxlayacağıq - Blinken DÜNYA XƏBƏRLƏRİ

9-06-2021, 07:47           
İran nüvə sazişinə qayıtsa da biz onlara qarşı “yüzlərlə sanksiyanı” saxlayacağıq - Blinken DÜNYA XƏBƏRLƏRİ
Tehran nüvə sazişinə qayıtsa və sazişin bütün müddəalarına əməl etsə də, ABŞ İrana qarşı yüzlərlə birtərəfli sanksiyaları qüvvədə saxlayacaq.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

E.Blinken bildirib: "Hazırkı mərhələdə İranın sazişə (Birgə Hərtərəfli Fəaliyyət Planı -red.) sadiq qalması üçün zəruri olanı etməyə hazır olub-olmadığını bilmirik. Bunun reallaşıb-reallaşmayacağına baxacayıq".

"Bu baş versə belə, bizim məsuliyyətimizə Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olmayan sanksiyaları ləğv etməkdən, sazişə uyğun olan sanksiyaları isə qətiyyətlə qüvvədə saxlamaqdan ibarət olacaq. Mən gözləyirəm ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtsa da, yüzlərlə sanksiya qüvvədə qalacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.