“Ara, sən kimsən ki, Rusiya prezidentini aeroportda qarşılamırsan?!.” - Sərkisyandan Paşinyana...

9-06-2021, 09:18           
“Ara, sən kimsən ki, Rusiya prezidentini aeroportda qarşılamırsan?!.” -
“Rusiya müttəfiqimizdir, əminəm ki, sabah da müttəfiqimiz olacaq. Və müttəfiq olaraq Rusiya öz öhdəliklərini əsas etibarilə yerinə yetirib”.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu seçkiqabağı Kremlə var gücü ilə yarınan Ermənistanın üçüncü terrorçu prezidenti Serjik Sərkisyan Aştarak sakinləri ilə görüşü zamanı söyləyib.

“Ancaq müttəfiq münasibətlərin birtərəfli olmadığını açıq şəkildə anlamalıyıq. Rusiyadan yalnız öz əsgərlərini buraya gətirməsini tələb edə biləcəyimizi düşünməməliyik. Yoxsa Moskva qazın bizə pulsuz verilməsini təmin etməlidir? Guya bizə borcludur? Belə bir münasibət ola bilməz ”-deyə Sərkisyan çıxışının davamında deyib.

O deyib ki, Rusiya prezidentinə hörmətsizlik göstərsəniz, o da bunun müqabilində sizə hörmət göstərməyəcək.

“Ara, sən kimsən ki, Rusiya prezidentini hava limanında qarşılamırsan?!. Sən kimsən axı? Kimliyindən asılı olmayaraq; Putin, Medvedev, Yeltsin ... Sən kimsən ki, Rusiya liderinə hörmətsizlik göstərirsən?..

Protokola əsasən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin Ermənistana gələn prezidentlərini və ya baş nazirlərini hava limanında Ermənistan prezidenti və ya baş naziri qarşılamalıdır. Bunu etməsən və sonra “görün, mən necə bir kişiyəm, Putini bu şəkildə qəbul etdim” deyə öyünsən, bil ki, bu, cəsarət deyil, axmaqlıqdır. Və bu cür davranışlara görə canını elə belə qurtara bilməzsən”- deyə terrorçu eks-prezident baş nazir vəzifəsini icra edən N.Paşinyana səslənib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.