Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan qoşunlarının harada dayanacağı məlum olmazdı

10-06-2021, 06:05           
Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan qoşunlarının harada dayanacağı məlum olmazdı
Rusiya Ermənistanı və erməniləri real olaraq xilas etdi. Əgər Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan qoşunlarının harada dayanacağı məlum olmazdı.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın televiziya aparıcısı Vladimir Solovyov Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin keçmiş direktoru, Baş nazir postuna namizəd Artur Vanetsyanla müsahibəsi zamanı bildirib.

"Bütün savadlı insanlar nə baş verdiyini anlayırdı və Ermənistanın bütün bəlalarında Rusiyanı günahlandırmırdılar. İrəvanın özü belə "arsax"ı tanımaqdan çəkinirdisə, buna Rusiya nə etməli idi. Amma belə olduğu halda da Rusiya erməniləri atmadı. Ermənilər başa düşməlidir ki, əgər Rusiya olmasaydı, Azərbaycan Silahlı Qüvvələrini dayandırmaq mümkün olmazdı", - Solovyov bildirib.

Buna cavab olaraq A.Vanetsyan qeyd edib ki, Rusiya adi ölkə deyil, Rusiya fövqəldövlətdir və onunla hesablaşmaq gərəkdir:

"Rusiya bizim yeganə müttəfiqimizdir. Rusiyanı günahlandıran erməniləri anlamıram", - deyə Vanetsyan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru